ABŞ prezidenti bəyanat verdi
Açıq-aşkar bəyan etmək istərdim ki, İŞİD-ə qarşı heç bir atəşkəs olmayacaq. Onlarla fasiləsiz mübarizəni davam etdirəcəyik.
Bunu ABŞ prezidenti Barak Obama öz müraciətində bildirib.
O qeyd edib ki, Amerika “İslam dövləti” terror təşkilatı ilə dünyanın bütün ölkələrində və mümkün olan bütün vasitələrlə mübarizəni davam etdirəcək.
“Biz bundan sonra da onların harada yerləşməsindən asılı olmayaraq, hər yerdə İŞİD simasında olan təhlükəni məhv etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”, - o deyib.
Onun sözlərinə görə, ABŞ İŞİD yaraqlılarına qarşı Suriya və İraqda hərbi əməliyyatları dayandırmaq fikrində deyil.
Daha öncə Obama Rusiyanın HKQ Suriya hökumətini möhkəmləndirdiyini və ölkə ərazisində humanitar vəziyyəti pisləşdirdiyini bəyan etmişdi.