İraq ordusu Mosula girdi — Son dəqiqə

İraq ordusu Mosula girdi — Son dəqiqə İraq ordusunun birlikləri İŞİD-in nəzarətində olan Mosul şəhərinə giriblər.

qanuninfo.az xəbər verir ki, iki həftə davam edən əməliyyatdan sonra nəhayat İraq ordusu İŞİD terror təşkilatının işğalı altında olan Mosul şəhərinə girib.

Hazırda İraq ordusunun şəhərin Karama rayonunda olduğu və şəhərdə qanlı döyüşlərin getdiyi bildirilir.

İŞİD terrorçularının hələ müqavimət göstərdiyi gələn xəbərlər arasındadır.

Xatırladırıq ki, Mosul 2014-cü ilin yayından İŞİD-in nəzarətindədir.

Oxşar xəbərlər