Onlara həmçinin televizoru almaq, satmaq və təmir etmək olmaz
İslam Dövləti (İŞİD) terror qruplaşmasının rəhbərləri öz yaraqlılarına televizora baxmağı qadağan ediblər, Al Bawaba portalı məlumat yayıb.
Lenta.ru xəbər verir ki, bu əmr təşkilatın yaraqlılarını İŞİD-in fəaliyyətinin pisləndiyi xarici telekanallara baxmaqdan qorumaq üçündür.
Bundan başqa, ekstremist qrupun üzvləri bundan sonra televizorları ala, sata və təmir edə bilməzlər.
Qadağanın yerinə yetirilməsi üçün səhra komandirlərinə sərəncamında olan yaraqlıların evlərini yoxlamaq və əgər televiziya texnikası olan – resiver, antena və digər qurğular aşkar edilərsə məhv etmək tapşırılıb.