İŞİD yaraqlıları üç türk “Fırtına”sını vurdular – VİDEO

İŞİD yaraqlıları üç türk “Fırtına”sını vurdular – VİDEO KİV ölən və yaralıların olduğunu bildirir

“İslam dövləti” (İŞİD) terror qruplaşması sosial şəbəkələrdə tank əleyhinə raket kompleksi “Metis” ilə Türkiyənin T-155 “Fırtına” özüyeriyən qaubitsalarını vurmasını əks etdirən kadrları yayıb.

Hadisə aprelin 28-də səhər saatlarında baş verib.

Qeyd edilir ki, hər üç qurğu atışma zamanı Türkiyə ərazisində olub.

Türkiyə KİV-nin məlumatına görə, hücum Suriyanın Cerablus rayonundan Türkiyənin Qaziantep vilayətinin Türkyurd rayonuna edilib.

Türkiyə KİV-i hərbçilər arasında ölən və yaralıların, eləcə də hücumdan sonra İŞİD yaraqlıları ilə döyüşün olduğunu bildirirlər.

Hücumdan sonra aprelin 29-dan başlayaraq türk silahlı qüvvələri tərəfindən sərhəd xəttində və sərhədyanı ərazilərdə 15 gün müddətinə xüsusi tədbirlər tətbiq edilib.


Oxşar xəbərlər