
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb.
"News.am" xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, fevralın 19-da baş nazir Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edəcək.