ANAMA əməkdaşı minaya düşdü

ANAMA əməkdaşı minaya düşdü Bu gün işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

“Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: Сотрудник ANAMA подорвался на мине в Ходжалы

Bildirilib ki, qurumun 2000-ci il təvəllüdlü əməkdaşı Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb:

“Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur” .

Oxşar xəbərlər