Paşinyan son anda ABŞ-nin vitse-prezidenti ilə görüşə bilib

Paşinyan son anda ABŞ-nin vitse-prezidenti ilə görüşə bilib Vaşinqtonda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan ciddi-cəhdlərdən sonra Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Venslə görüşüb.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

"Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də regional gündəm müzakirə edilib”, - o qeyd edib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralın 3-dən Vaşinqtonda səfərdədir və ancaq ciddi cəhdlərdən sonra səfərinin bitməsinə çox az qalmış vitse-prezident Ceyms Venslə görüşə bilib.

Oxşar xəbərlər