Maduronun ətrafından çox təkliflər aldıq, lakin... – Trampdan maraqlı açıqlama

Maduronun ətrafından çox təkliflər aldıq, lakin... – Trampdan maraqlı açıqlama ABŞ-la Venesuela rəsmiləri arasında Nikolas Maduronu ələ keçirmək üçün heç bir razılaşma olmayıb.

Bunu ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə deyib. Jurnalistin "Venesueladakı hər hansı bir məmurla Maduronu vəzifədən uzaqlaşdırmaq üçün hər hansı bir razılaşma əldə edilib-edilmədiyi" ilə bağlı sualına cavab olaraq Tramp Maduronun ətrafından belə təkliflər aldıqlarını, lakin qəbul etmədiklərini deyib: "Çox adam razılaşma əldə etmək istədi, amma biz bunu bu şəkildə etməyə qərar verdik".

Ağ Ev rəhbəri əməliyyatın Maduronun yaxın çevrəsinin köməyi olmadan həyata keçirildiyini vurğulayıb. Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə Venesuela elitasının vasitəçiliyini qəsdən rədd edib.

Oxşar xəbərlər