Maduronu Kuba hərbçiləri mühafizə edirmiş - Hamısı öldürülüb

Maduronu Kuba hərbçiləri mühafizə edirmiş - Hamısı öldürülüb Nikolas Maduronun təslim olmaq qərarı ən düzgün addım idi.

Bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Amerika xüsusi təyinatlıları əməliyyat zamanı "son dərəcə qəddarcasına" hərəkət ediblər: "Maduro dərhal təslim oldu, əllərini qaldırdı və təslim oldu. Və o, düzgün olanı etdi. Biz çox sərt idik və bu, çox sürətli və qəddar idi. Bu, çox qəddar idi".

Reportyorlar ondan əməliyyat zamanı ən çox qan töküldüyü anı təsvir etməsini istəyiblər. "Bunu sizə demək istəmirəm", - deyə ABŞ prezidenti cavab verib. Lakin bildirib ki, çoxlu kubalı hərbçi öldürülüb.

Qeyd edək ki, Kuba prezidenti Migel Dias-Kanel dünən ABŞ-ın Maduro və həyat yoldaşı Siliya Floresin qaçırılması əməliyyatının "döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalı hərbçinin ölümü ilə nəticələndiyini" açıqlayıb. Adada iki günlük matəm elan edilib.

Oxşar xəbərlər