
"Ölkə.Az" xəbər verir ki, Maduronun bəyanatına əsasən, Venesuelanın iri dörd müxalifət partiyası prezident seçkilərinə buraxılmayacaq.
Maduro müxalifəti bələdiyyə seçkilərində zəif fəallıqla ittiham edib. Müxalifət seçkiləri boykot etməyi tələb etmişdi. Prezident deyib: "Bələdiyyə seçkilərində iştirak etməyən və onu boykot etməyə çağıran istənilən partiya seçkilərdə yenidən iştirak etməyəcək. Onlar siyasi xəritədən silinəcəklər".