
Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.
ABŞ vətəndaşlarını "silahlı münaqişə" və "zorakılıq" səbəbilə Suriyanı tərk etməyə çağırıb.
"Əgər Suriyanı təkbaşına tərk edə bilirsinizsə, lütfən bunu edin. Amerika vətəndaşları Suriyadan İordaniyaya quru yolu ilə keçə bilərlər. Dəməşq və Hələb hava limanları da hazırda açıqdır. Suriyanı tərk etmək mümkün deyilsə, olduğunuz ərazidə qalın", - Dövlər Departamentinin yaydığı xəbərdarlıq məlumatında deyilir.
İsraildəki druz icmasının lideri Şeyx Müvəffəq Tarif isə ABŞ prezidenti Donald Trampı Suriyanın cənubundakı Suveydada yaşayan druzları qorumağa çağırıb.