
Bu sözləri Rusiyanın Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib.
O qeyd edib ki, Aralıq dənizinə gələn ABŞ gəmilərinin hazırkı hədəfi Suriyanı göstərir.
ABŞ-a aid olan gəmilərin avqustun 25-də Aralıq dənizinə gətirildiyini deyən Konaşenkov vurğulayıb ki, gəmilər Suriyanın istənilən nöqtəsini vura biləcək bir istiqamətdə yerləşdirilib.
Koneşenkov bundan başqa gəmilərin yerləşdirilməsində İngiltərə xususi xidmət əməkdaşlarının iştirak etdiyini və ABŞ-a aid digər döyüş gəmilərinin Bəsrə körfəzinə yaxınlaşdığını bildirib.