
"Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu addım bölgədə İŞİD terror qruplaşmasının fəallaşması fonunda kürd qüvvələri arasında narahatlıq yaradıb.
Söhbət Həsəkə vilayətində yerləşən Əl-Vazir və Tell Beydar bazalarından gedir.
Hazırda bu obyektlərin təhlükəsizliyini "Suriya Demokratik Qüvvələrinin" kiçik bölmələri təmin edir.
Reuters-in mənbələrinin bildirdiyinə görə, amerikalı hərbçilər bu obyektləri qısa müddət öncə tərk ediblər.(apa)