İsraildən atəşkəslə bağlı - Açıqlama

İsraildən atəşkəslə bağlı - Açıqlama İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.

Bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.

Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna cavab verəcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.

Oxşar xəbərlər