
Bu barədə məlumatı İsrail Müdafiə ordusu öz teleqram kanalında yayıb.
Xatırladaq ki, İsrail ordusu İranın ölkəyə doğru yeni raketlər buraxdığını açıqlayıb.
Onu da qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin öz məqsədlərinə nail olana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyini bildirib.
***
İsrail Müdafiə ordusunun məlumatına görə, İranın qərbində, şərqində və mərkəzi hissəsində yerləşən 6 aerodroma zərbələr endirib:
“Zərbələr nəticəsində uçuş-enmə zolaqlarına, yeraltı obyektlərə, eləcə də yanacaqdoldurma təyyarəsinə zərər vurulub. Pilotsuz uçuş aparatları İran rejiminin 15 qırıcı təyyarəsi və helikopterini məhv edib”.