İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi

İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi İsrail hökuməti ölkənin İranla mümkün tammiqyaslı müharibəyə hazır olduğunu açıqlayıb.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman çıxış edib.

“İsrail hər cür hadisənin inkişafına hazırdır,” – deyə Hendelman bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail xarici dəstəkdən asılı olmadan, ilk növbədə öz hərbi gücünə və imkanlarına arxalanır:

“Biz həm müdafiə, həm də hücum sahəsində tam hazırlıqlı vəziyyətdəyik və əsas etibarımız öz gücümüzədir".

Oxşar xəbərlər