Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…

Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma… 2020-ci ildə Azərbaycanla müharibənin başlanmasının səbəkarı Ermənistandır, başqa kimsə yox.

Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Erməni Universiteti”nin müəllim və tələbələri ilə görüşündə deyib.

“Bu müharibə baş verməməliydi. Bu müharibəni biz ermənilər, Ermənistan hökuməti törədib. Məsuliyyətsiz və səs-küylü bəyanatlarla müharibənin başalanmasını qızışdırdıq”, - Köçəryan qeyd edib.

Onu da xüsusi ilə bildirib ki, 2016-cı il 4 günlük aprel döyüşlərindən Ermənistan tərəfi ciddi dərs çıxarmalı idi: “4 günlük müharibədən almalı olduğumuz dərslərə, orduda ciddi dəyişikliklərə ehtiyac var idi. Lakin bunlara məhəl qoyulmur, heç kimin vecinə deyil… Ordunun əsas islahatları isə daha çox məmurların əsas ziyarət yerinin yeməkxana olduğu çiyələk islahatına bənzəyir”.

O əlavə edib ki, Ermənistan hakimiyyəti ordunun döyüş hazırlığı ilə maraqlanmırdılar və döyüş hazırlığı qabiliyyəti olan ordu anlayışının nə olduğunu anlamırdırlar. “Diqqət döyüş hazırlığına yönəldilməli idi. Ordu nədir? Dövr 2 ildir. Əsgərin hazırlığı 5-6 ay çəkir, 2 ildən sonra tərxis olunur. Əgər döyüşə hazırlığınız 2 il çəkirsə, əsgər tərxis olunandan sonra ordunuz olmayacaq, ya da onun döyüş effektivliyi kəskin şəkildə azalacaq. Və nəticəsi də göz qabağında…”

44 günlük Qarabağ savaşına gəldikdə Köçəryan ilginc faktlar deyib: "Müharibə başlayandan sonra üçüncü gün Qarabağda idim. İki həftə Qarabağda qaldım və deməliyəm ki, gələndən sonra ikinci və ya üçüncü gündə həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim. Mənim əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etmək idi.
Çünki müharibəyə hazır olmadığımızdan ötən hər gün bizdə daha çox problemlərə səbəb olurdu.

Daha sonra Arayik Arutyunyan dedi: “Əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək”. Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı: “Biz Qarabağda əldə etdiklərimizi aldıq”.

PUA mövzusuna toxunan Köçrəyan qeyd edib ki, ilk əlamətlər artıq 2016-cı ildə var idi və ondan sadəcə olaraq çox ciddi nəticələr çıxarmaq lazım idi: “Biz Su-30-ları selfi üçün almamışdıq, zenit sistemlərinə ehtiyacımız var idi, hava hücumundan müdafiəyə çox ciddi sərmayələr lazım idi, amma bu, edilmədi. 2016-cı ildəki müharibədən nəticə çıxarmalı idik, amma biz ondan mahiyyətcə heç bir nəticə çıxarmadıq. Bu müddət ərzində biz Azərbaycana nəinki demək olar ki, bütün kəmiyyət göstəricilərində güzəştə getməyə başladıq, həm də təhlükəsizliklə bağlı məsələlərdə kəskin şəkildə güzəştə getməyə başladıq”.

Oxşar xəbərlər