
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
“Şuşada konsulluq məsələsi bizə əvvəl birmənalı olaraq siyasi baxımdan lazım idi. Çünki 44 günlük müharibədən sonra Qarabağda separatçılar qalmışdı və əlavə olaraq xüsusi ilə Rusiya sülhməramlılarının orada olması bizə təhdidlər yarada bilərdi. Amma indi separatçılar da, sülhməramlılar da qalmayıb. Buna görə də konsulluğun açılması sadəcə texniki məsələdir. Şəhər tamamilə qurulduqdan sonra konsulluq da açılacaq. Sadəcə, bir az səbir etmək lazımdır”, - politoloq bildirib.