
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının (MSXS) sədri Aleksandr Bortnikov b deyib.
Bortnikov deyib ki, MDB ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təhdidlər kompleks xarakter daşıyır və qəsdən kənardan gücləndirilir. "Birbaşa nəticəsi Ukrayna böhranı olan NATO-nun genişlənmə proqramı dondurulmayıb. O, ordu və hərbi infrastrukturun modernləşdirilməsi, kəşfiyyat orqanları və hüquq-mühafizə orqanları üçün texniki təchizat, mütəxəssislərin hazırlanması üçün müxtəlif yardım layihələri adı altında digər postsovet dövlətləri ilə davam edir", - Bortnikov qeyd edib.