MM Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb

MM Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“34 il öncə 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizi elan edib. Amma müstəqillik əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaradılmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində çoxlu səhvlərə yol verilmişdi: Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşlarımızın yurdlarını tərk etməsi ciddi problem yaratmışdı. İqtisadiyyat dağılırdı, anarxiya və özbaşınalıq genişlənirdi. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətiçiliyimizi müdafiə etməyə qadir deyildi, ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Məhz bu dönəmdə xalqımız üzünü ümummilli liderinə tutdu. 1993-cü ilin iyun ayında dünyamiqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu”, - deyə spiker qeyd edib.

Oxşar xəbərlər