
Bu barədə "Uztemiryolkonteyner" məlumat yayıb.
Yüklər Siyan və Çendu şəhərlərindən dəmiryolu nəqliyyatı vasitəsilə Qaşqara, oradan avtomobil nəqliyyatı ilə Oşa daşınır. Daha sonra isə Oşdan dəmiryolu vasitəsilə Türkmənistan limanına, buradan da Bakıya dəniz yolu ilə çatdırılır.
Bildirilib ki, marşrutun işə salınması ticarət və logistika əməkdaşlığını gücləndirir, daşımaların səmərəliliyini artırır və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizinin inkişafına töhfə verir.