
prioritet istiqamətlərindən biri olmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəngilana səfərləri bu istiqamətdə konkret addımların atılması ilə
yadda qalmışdır.
Prezident İlham Əliyev və xanım Mehriban Əliyevanən Zəngilana ilk səfəri 23 dekabr 2020-ci ildə baş tutmuşdur. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Həmin gün Azərbaycan bayrağı Zəngilan şəhərində ucaldılmış, bu hadisə rayonun azadlığının rəmzi kimi tarixə yazılmışdır. Bayrağın dalğalanması,həmçinin dövlətimizin ərazi bütövlüyünün bərpası və xalqımızın qürur hissini əks etdirən mühüm simvol olmuşdur.
Növbəti səfər 14 fevral 2021-ci ildə həyata keçirilmişdir. Bu səfərin əsas məqsədi bölgədə görüləcək işlərin planlaşdırılması və müharibə nəticəsində yaranmış dağıntıların qiymətləndirilməsi olmuşdur. Prezident İlham Əliyev yerindəcə ərazinin potensialını analiz etmiş, bərpa işlərinin mərhələlərini müəyyənləşdirmişdir. Bu səfər həmçinin bölgədə sosial və iqtisadi layihələrin prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.
26 aprel 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan Zəngilana üçüncü səfərini etmişdir. Həmin gün Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva rayonun sakinləri ilə görüşmüş, onların problemlərini, arzularını və bölgənin bərpasına dair tövsiyələrini dinləmişlər. Bu görüş sakinlər üçün həm mənəvi dəstək, həm də dövlətin onların həyat şəraitinin yaxşılaşdırılmasına diqqət yetirdiyinin əyani təsdiqi olmuşdur. Sakinlərlə birbaşa ünsiyyət, bərpa prosesinə dair qərarların düzgün və dəqiq şəkildə formalaşdırılmasına xidmət edir.
Zəngilanın I, II və III Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsi regionun sosial-iqtisadi inkişafı və müasir həyat standartlarının tətbiqi baxımından strateji əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi kəndlərdə müasir texnologiyalar,avtomatlaşdırılmış sistemlər və ekoloji cəhətdən təmiz enerji mənbələri vasitəsilə dayanıqlı yaşayış mühiti yaratmaqdır.
Layihə həmçinin sakinlərin həyat səviyyəsini yüksəltməklə, iş yerlərinin yaradılması və bölgədə iqtisadi fəallığın artırılması məqsədini daşıyır. “Ağıllı kənd” modeli, digər azad edilmiş rayonlarda da tətbiq olunacaq pilot layihə kimi Zəngilanın gələcək inkişafına örnək olacaq.
26 aprel səfəri çərçivəsində Zəngilanda Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməli qoyulmuşdur. Hava limanı rayonun
ölkədaxili və beynəlxalq səviyyədə əlçatanlığını təmin edəcək, regionda iqtisadi və
turizm imkanlarını genişləndirəcək. Avtomobil yolu isə Zəngilanı digər azad edilmiş ərazilərlə birləşdirəcək, ticarət və nəqliyyat əlaqələrini gücləndirəcək. Hər iki layihə rayonun sosial-iqtisadi inkişafında strateji rol oynayır və sakinlərin gündəlik həyatına birbaşa töhfə verir.
Müzəffər Ali Baş Komandanın Zəngilana səfərləri göstərir ki, dövlət azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasına ciddi önəm verir. Sakinlərlə keçirilən görüşlər yalnız sosial baxımdan deyil, həm də bərpa və inkişaf layihələrinin uğurla icra olunması üçün qərarların düzgün və dəqiq şəkildə formalaşdırılmasına xidmət edir.
“Ağıllı kənd” layihəsi, hava limanı və yol infrastrukturu rayonun iqtisadi inkişafını təmin edir və sakinlərin həyat səviyyəsini yüksəldir. Bu səfərlər həmçinin Azərbaycan dövlətinin azad edilmiş torpaqlara qayğısının, milli birliyin və gələcəyə olan inamın bariz nümunəsidir. Beləliklə, Zəngilan bu gün azadlığın,inkişafın və milli qürurun rəmzinə çevrilmişdir.
Sabunçu qəsəbəsi, 170 №-li tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova