Rusiya ilə əlaqələrimiz regionda daimi sülhə və mehriban qonşuluğa əsaslanır

Rusiya ilə əlaqələrimiz regionda daimi  sülhə və mehriban qonşuluğa əsaslanır
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü ilin avqust ayının 18-də Azərbaycana rəsmi səfər etdi. Avqust ayının 19-da hər iki tərəf arasında bir sıra rəsmi görüşlər keçildi, müqavilələr bağlandı. İki ölkə başçısı arasında həm rəsmi, həm də qeyri-rəsmi görüşlər təşkil olundu. Dövlət əhəmiyyətli bir çox rəsmi bəyənnamələr imzalandı. İqtisadiyyat, enerji, təhsil, nəqliyyat, qida təhlükəsizliyi, səhiyyə sahələrində əməkdaşlıqla bağlı sənədlərə imza atıldı.
Rusiya Federasiyasının Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyətə malikdir. Dövlət başçıları səviyyəsində olan bu görüşlər müntəzəm xarakter daşıyır. Bu cür davamlı münasibətlərin əsası Azərbaycan dövlətinin etibarı tərəfdaş mövqeyi tutmasına əsaslanır. Ölkəmizin dövlət siyasətində həm yaxın qonşuları, həm Qərb dövlətləri ilə münasibəti stabil saxlayır. Yəni geosiyasi balansı saxlayır. Rusiya Federasiyasın Prezidentinin geniş tərkibdə Azərbaycana səfəri də Azərbaycanın etibarı tərəfdaş olduğuna sübutdur. Cənab Prezidentimizin uğurlu siyasətinin nəticəsidir.
Bu səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə hesablanıb. Həmçinin region üçün böyük əhəmiyyətə malikdir. Strateji əməkdaşlığımız həm dünya, həm də regionda sabitliyə xidmət edir. Ermənisatnı silahlandırıb regionda sabitliyi pozmağa çalışan ABŞ və Fransa Qafqazda sülhə mane olur. Ermənistan Rusiya və Azərbaycan dövlət başçılarının Bakıdakı görüşü zamanı təxribatlar törətdi, bir neçə istiqamətdə mövqelərimizə atəş açdı. Qərbdəki havadarlarına arxalanan Paşinyan regionda qeyri-sabitlik şəraiti yaradır. Bununla da həm Ermənistan, həm də ümumi Qafqaz üçün təhlikə yaranır.
İqtisadiyyatımızın xeyli hissəsi qonşu dövlətlərlə ,həmçinin Rusiya ilə əlaqələr təşkil edir. Bu il təkcə Rusiyaya meyvə-tərəvəz ixracı 71 % artmışdır, mövsüm ərzində 338 min ton meyvə-tərəvəz göndərilmişdir. Rusiya Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ən böyük bazardır.
Cənab Prezidentimiz demişdir ki, Rusiya bir dövlət olaraq bu regiona daxildir. Regonda qonşu dövlətlərin mehriban qonşuluğu o regionun həm siyasi, həm də iqtisadi cəhətdən inkişafına xidmət edir.

Sabunçu qəsəbəsi, 155 nömrəli orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər