Rusiya Azərbaycan və Ermənistan arasında Soçidə vasitəçi kimi çıxış edib

Rusiya Azərbaycan və Ermənistan arasında Soçidə vasitəçi kimi çıxış edib
Azərbaycan və Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992- ci ilin aprel ayında qurulub. Həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın Azərbaycanda səfirlikləri fəaliyyətə başladı. İki tərəf arasında münasibətlər diplomatik sahə ilə yanaşı, iqtisadi, mədəni sahələrdə də davam etdirilmişdir. Azərbaycan və Rusiya arasında 200- dən artıq ikitərəfli sənəd imzalanıb. Ulu Öndər Heydər Əliyevin və İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərləri, eləcə də Rusiya prezidentlərinin Azərbaycana səfərləri iki dövlət arasında münasibətlərin inkişafına müsbət təsir edir. Bu görüşlərdən biri də cari ilin oktyabr ayının 31-də Prezident İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş oldu. Görüşdə bir çox məsələlər müzakirə edilidi. İkitərəfli görüşdən əlavə Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüş keçirildi.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyi pozan bütün məslələrin aradan qaldırılması yönündə danışıqlar aparıldı. Prezident İlham Əliyev sülh müqaviləsi imzalamaq üçün əsas şərti olan 5 prinsipi yenidən diqqətə çatdırdı. Bu prinsiplər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün əsas vasitədir. Rusiya Azərbaycan və Ermənistan arasında Soçidə vasitəçi kimi çıxış edib. İki il əvvəl imzalanan üçtərəfli müqavilə müharibəyə son qoydu. Davamlı sülhün təmin olunması ilə əlaqədar danışıqlar davam etdirilir. Qarabağ münaqişəsi artıq iki ildir həll olunub. Azərbaycan məsələni kökündən həll edib. Görüş zamanı sadəcə müzakirə edilən məslələr iki dövlət arasında münasibətlərin normallaşmasına yönəldilib. Bunun üçün əsas şərt isə Azərbaycan tərəfinin irəli sürdüyü prinsipləri qəbul etməkdir.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər