Dövlətimiz azad etdiyi ərazilərin abadlığını ən inandığı dostuna həvalə edir

Dövlətimiz azad etdiyi ərazilərin abadlığını ən inandığı dostuna həvalə edir
30 yanvar 2023-cü il tarixində Cənab Prezidentimiz Macarıstana səfər etdi. Azərbaycan və Macar dövlətləti arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Son dövrlərdə bu dostluq əlaqələri daha da çiçəklənmişdir. Bu həm də Azərbaycan və macar xalqlarının tarixi kökləri ilə bağlıdır. Təsadüfü deyil ki, ötən il Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü zamanı Macarıstan dövlət başçısının dəvəti və iştirakı xalqlarımızın tarixi köklərinin yaxınlığından xəbər verir. Elə bu səbəbdən dövlət səviyyəsində münasibətlərimiz ən yüksək səviyyəyə çatmışdır. Həmçinin Azərbaycanın regionda mühüm əhəmiyyətə malik bir dövlət olması Avropa dövlətlərinin diqqətini çəkmişdir.
Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri iki dövlət arasında dost və tərəfdaş ölkə olduğunu sübut edir. Bundan sonra da həm ikitərəfli əməkdaşlığımız dərinləşəcək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Macarıstan dovlətləri qarşılıqlı dəstəyini bir-birindən əsirgəməyəcək. Bu iki dövlətin dostluğu həm də Avrasiya qitəsi üçün çox böyük əhəmiyyətə malikdir. Belə ki, son illərdə bir sıra qonşu dövlətlər arasındakı regional münaqişə və problemlərin yaşanması fonunda bu dostluğumuz alqışlanmalı və ibrət götürülməlidir. Sülhün, əməkdaşlığın ən bariz nümunəsi kimi münaqişə yaradan dövlətlərə örnək olmalıdır.
Prezidentimizin uzun illər ərzində apardığı uğurlu siyasət Avropa dövlətlərinin, eləcə də Macar dövlətinin diqqətini çəkmişdir. Müxtəlif sahələrdə əməkdaşlığımız üçün zəmin yaratdı. Azərbaycan qaz resurslarının Avropa bazarına çatdırmaq üçün Macarıstan dövləti mühüm tərəfdaşdır. Cənab Prezidentimizin 30 yanvar tarixində Macarıstana rəsmi səfəri zamanı bu sahədə çox vacib sənədlərə imza atıldı. Cənab Prezidentin Budapeşt səfərində nəqliyyat, təhsil, minatəmizləmə və.s. sahələrdə əməkdaşlıqla bağlı sənədlərə imza atıldı. Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrinə dair Anlaşma Memorandumu imzalandı. İşğaldan azad olunan torpaqlarda abadlaşdırma, şəhərsalma işlərinin aparılması sahəsindəki əməkdaşlıq sübut edir ki, dövlətlərimiz arasında etibarlı dostluq vardır. Dövlətimiz şəhidlərin qanı bahasına aldığı torpaqların abadlığını ən inandığı dostuna həvalə edir. Dostluğumuz əbədi olsun və etibarlı dostlarımızın sayı çox olmasını alqışlayırıq.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər