İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir

İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəvəti ilə Rusiya prezidenti Vladimir Putinin avqustun 18-də Bakıya səfəri Azərbaycanın regiondakı nüfuz və hörmətini bir daha nümayiş etdirdi. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda baş verən hadisələr, eyni zamnada Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mücadilə bir sıra qlobal məsələlərə yenidən baxmağa imkan yaradır. Ulu öndərimiz Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə verdiyi töhfə bu gün də onun siyasi varisi, ölkə prezidenti, Ali Baş komandan cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilməkdədir. Rusiya prezidenti cənab Vladimir Putinin belə mürəkkəb bir dövrdə Bakıya səfər etməsi bunun bariz nümunəsidir.
Biz müəllimlər inanırıq ki, cənab prezidentimizin Qafqaz regionunda Azərbaycanı lider dövlətə çevirməsi bu səfərin önə çıxan məqamlarındandır. Rusiya prezidentinin suveren Azərbaycan dövlətinə, onun prezidentinə sayqı və hörməti, səfərin qarşılıqlı görüş və anlaşma şəraitində keçməsi dediklərimizə sübutdur. “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində sizinlə imzaladığımız bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir” – Rusiya prezidentinin bu fikri bu səfərin gələcək perspektivlərindən xəbər verir.
İnanırıq ki, hər iki prezidentin Bakı görüşü gələcəkdə bir sıra qlobal məsələlərin inkişafına da təkan verəcəkdir.


Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Bənövşə Mirzəyeva

Oxşar xəbərlər