
Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır.Ölkəmiz siyasi ,iqtisadi ,nəqliyyat və logistika sahəsində mühim əhəmiyyətli potensiala malikdir.Eyni zamanda respublikamızın yerləşdiyi coğrafi mövqe də ölkəmizə marağı artırır. Bu səbəbdən də Azərbaycan böyük dövlətlərin üzv olduğu beynəlxalq təşkilatlarara dəvətlər alır. Həmçinin dövlətimiz beynəlxalq aləmdə də etibarlı tərəfdaş kimi götürdüyü öhdəliklərin hamısından ləyaqətlə gəlmişdir.
Cənab Prezidentimiz İlham Əliyev Qazaxısatanın paytaxtı Astana şəhərində “ŞƏT plyus “ formatında keçirilən görüşdə çıxışında da bu məsələlərdən bəhs etmişdi.Zirvə toplantısında çıxışı zamanı Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla başçılıq etməsindən danışmışdı. Orta dəhlizin rəqəmsallaşması məsələsində də Azərbaycan mühim mövqeyə malikdir.
Cənab Prezidentimiz Astanada olarkən bir sıra ölkələrin liderləri ilə görüş keçirmişdi.Türkiyə ,Rusiya ,Pakistan liderləri ilə görüşlər Azərbaycanın bölgədə xüsusi rolunu təsdiq edir.Çünki Azərbaycanın təklif etdiyi əsas koridorlar Cənubi Qafqazdan ,yəni Azərbaycandan keçir .Bu o deməkdir ki , Azərbaycan bu təşkilatlara xüsusi töhfələr verir.
Bu uğurlar Cənab Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir. Prezidentimiz sammitdə çıxış edərkən 2023-cü il sentyabr ayında anti-terror əməliyyatları zamanı ərazi bütövlüyümüzün bərpa edilməsini xüsusi qeyd etmişdir. BMT-nin 4 qətnaməsini hərbi yolla həll edən Azərbaycan öz ərazi bütövlüyünə tam qovuşmuşdur. Astana görüşündən sonra Şuşada Türk dövlətlərinin liderlərinin zirvə görüşü də Azərbaycan dövlətinin qüdrətinin sübutudur. Şuşamız bu gün Türk dövlətlərinin birlik və azadlıq simvoludur.Azadlığımız və birliyimiz daimi olsun!
Bakı şəhəri Sabunçu Rayonu C.Məmmədyarov adına 155 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay