Dünyada ilk Olimpiada eradan əvvəl 776-cı ildə qədim Yunanıstanda, Peloponnes yarımasaında yerləşən Olimp şəhərində keçirilmişdir. Yunanlar il hesabını həmin tarixdən hesablayırdılar. Oyunlar zamanı bütün müharibələr dayandırılır, nəhəng bir məşəl yandırıb yarışların keçirildiyi ölkəyə gətirilirdi. Burada iştirak edən idmançılar qaçmaq, tullanmaq, güləşmək, disk və nizə atmaq və s. döyüş növləri üzrə yarışırdılar, bunların içində ən təhlükəli yarış dörd at qoşulmuş arabaların yarışması idi. Yarışmanın qalibləri zeytun çələngi ilə mükafatlandırılır və ona öz vətənlərində heykəl qoyulurdu. Olimpiada tarixinin qədim dövrü bizim eranın 394-cü ilində sona çatır.
Olimpiya idman oyunlarının bərpa olunması təşəbbüsünü fransız ictimai xadimi Baron Pyer de Kuberten irəli sürür və 1896-cı ildən başlayaraq yarışma yenidən keçirilməyə başlanılır. 1924-cü ildən Qış Olimpiya Oyunları təsis edilir. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilsə də, 1994-cü ildən etibarən Qış Olimpiya Oyunları yay oyunlarından 2 il sonra keçirilir.
Müasir Olimpiada idman oyunları dörd ildən bir və hər dəfə müxtəlif ölkədə keçirilir. Yarışlarda bütün dünyadan gəlmiş ən yaxşı idmançılar iştirak edirlər.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Milli Olimpiya Komitəsi yaradıldı. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındıqdan sonra ilk dəfə 1996-cı ildə Olimpiya idman Oyunlarına qatılmışdır. Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprint və ağır atletika idman növlərində iştirak edərək uğur qazanıblar.
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Beynəlxalq Yay Olimpiya Oyunlarında da azərbaycanlı idmançılar öz məharətlərini göstərdilər. On yeddi gün ərzində davam edən yarışlarda Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunurdu. 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla 7 medal qazanan Azərbaycan 204 ölkə arasında 30-cu oldu. Bu, ölkəmizin Olimpiadalar tarixində yeni rekordu və ən uğurlu nəticələrindən biridir. İndiyə kimi ən uğurlu nəticə London-2012-də qeydə alınmışdı. (32-ci yer)
Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı öz çıxışında vurğulamışdır: “Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.”
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Tarix müəllimi Jalə Qurbanova