Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır

Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır
Qədim Yunanıstanda dörd ildən bir keçirilən idman yarışlarını Olimpiya oyunları adlandırırdılar. Olimpiya oyunları zamanı Yunanıstanda müharibələr dayandırılırdı. Yarış qaliblərini zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Vətənlərində isə onlara heykəl qoyulurdu. Yunanlar il hesabını ilk Olimpiya oyunlarının keçirildiyi tarixdən hesablayırdılar. İlk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdir. Yarışlarda, əsasən, varlılar iştirak edirdilər. Qadınlara Olimpiya oyunlarına getmək qadağan idi. Bu qaydanı pozan qadına ölüm cəzası verilirdi. Yalnız bir istisna baş vermişdir. Bir qadın həyatını təhlükə altında qoymuş və kişi paltarı geyinərək öz oğlunu məşqlərə gətirmişdir. Həmin qadın oğlu yarışlarda yaxşı nəticə göstərdiyinə görə cəzasız qalmışdır.
Olimpiya oyunlarına bizim eramızın 394-cü ilində imperator Feodosi tərəfindən dini səbəblərə görə qadağa qoyulmuşdur. Bu oyunların bərpasına uzun müddətdən sonra – 1892-ci ildə gənc fransız müəllimi Pyer də Kubertinin Parisdə idman klubları qarşısında çıxışından sonra başlanmışdır. Həmin dövrdə müxtəlif ölkələrin idmançıları arasında bir-birləri ilə yanşmaq və dostluq etmək istəyi güclü idi. Pyer də Kubertin başa düşürdü ki, idman qədim vaxtlarda olduğu kimi, bizim zəmanəmizdə də insanlar, ölkələr arasında körpü rolunu oynaya bilər. Beləliklə, 1894-cü il iyunun 23-də Beynəlxalq Həvəskar idmançılar Konqresi Olimpiya oyunlannın bərpa edilməsi və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında mühüm qərar qəbul etdi.
Azərbaycan da Beynəlxalq Olimpiya hərəkatında fəal surətdə iştirak edir. Respublikamızın idmançıları Olimpiya oyunlarında ilk dəfə 1952-ci ildə çıxış etmişlər.
Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır. 1992-ci ildə respublikamızda Milli Olimpiya Komitəsi yaradılmış və bundan sonra ölkəmizdə Olimpiya hərəkatı genişlənmişdir. Bakıda və respublikanın ayrı-ayn bölgələrində inşa olunan müasir Olimpiya komplekslərində idmançılanmızın beynəlxalq yarışlara hazırlaşmalarına, öz potensiallarını üzə çıxarmalarına hər cür şərait vardır. Bunun nəticəsidir ki, idmançılarımız Olimpiya yarışlarında respublikamızı ləyaqətlə təmsil edirlər.
Buna nümunə olaraq 2024-cü ilin 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya oyunlarını göstərmək olar. Yarışda Azərbaycan 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu.
Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı. Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu. Nəticədə Paris Olimpiadasında 7 medala sahib olan Azərbaycan. Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Bir daha hər bir idmançımıza hər zaman uğurlar və qələbə sevinci yaşamağı arzu edirik.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova

Oxşar xəbərlər