Fərid Qayıbovun rəhbərliyi altında TARİXİ REKORD

Fərid Qayıbovun rəhbərliyi altında TARİXİ REKORD TARİXİ REKORD - 204 ÖLKƏ ARASINDA 30-CU YER!

Fərid Qayıbovun rəhbərliyi altında TARİXİ REKORD


Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunları başa çatdı. 17 gün ərzində davam edən yarışlarda Azərbaycan 15 idman növü üzrə 17 proqramda 48 idmançı ilə təmsil olundu. Paris-2024 Azərbaycan üçün çoxlu ilklər və rekordlarla yadda qalıb.

Olimpiadada 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla 7 medal qazanan Azərbaycan 204 ölkə arasında 30-cu oldu. Bu, ölkəmizin Olimpiadalar tarixində yeni rekordu və ən uğurlu nəticələrindən biridir. İndiyədək ən yaxşı nəticə London-2012-də (32-ci yer) qeydə alınmışdı.

Olimpiadanın nəticələrinə əsasən, Azərbaycan Avropa ölkələri arasında 18-ci, keçmiş sovet respublikaları arasında 4-cü, müsəlman ölkələri arasında 3-cü, türk dövlətləri arasında isə 2-ci oldu.

Daha bir yenilik isə ilk dəfə cüdo idman növündə eyni yarışda 2 qızıl medal qazanılması oldu. Cüdo yarışlarının medal sıralamasında ölkəmiz Yaponiyadan sonra ikinci yeri tutdu. Bu, Olimpiadalar tarixində Azərbaycan cüdosunun ən yüksək nəticəsidir.

GƏNC VİKİPEDİYAÇILARIN YAY DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB
Fərid Qayıbovun rəhbərliyi altında TARİXİ REKORD

Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə birgə gənc vikipediyaçıların yay düşərgəsi təşkil olunub.

Düşərgədə 4 gün ərzində 90 nəfər olmaqla, 30 nəfər peşəkar, təcrübəli istifadəçilər - azərbaycandilli vikipediyanın patrulları, inzibatçıları, bürokratları və eyni zamanda 60 nəfər yeni istifadəçi olan müxtəlif şəhər və rayonlardan olan gənclər iştirak ediblər.

Düşərgə müddətində iştirakçılar vikipediyada Azərbaycan gəncləri və idman mövzularında, Şəki şəhəri haqqında məqalələr hazırlayıb, vikipediyada müxtəlif əsaslı redaktələr ediblər. 4 gün müddətində vikipediyada 200-dən çox məqalə, vikimənbədə isə 207 məqalə yerləşdirilib və Vikianbara (Commonsa) 50-dək Şəki abidələrinin foto şəkilləri yüklənib.

BEYNƏLXALQ İDMAN TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLİB
Fərid Qayıbovun rəhbərliyi altında TARİXİ REKORD

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində avqustun 7-də bir sıra ölkələrin olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.

Artıq ənənə halını almış görüşdə Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Qaşim Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş işıqlandıran Azərbaycan media nümayəndələri - Şəmsəddin Abbasov (CBC TV), Elmir Əliyev (Haqqin.az) və Dilavər Nəcəfovun (AGİN) doğum günləri qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsi müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.


Oxşar xəbərlər