Gözəl qələbə sədalarımız beynəlxalq tribunalardan dünyaya səs salır

Gözəl qələbə sədalarımız beynəlxalq tribunalardan dünyaya səs salır
Bu gün ölkəmiz bir çox sahələrdə inkişaf edərək dünyanın aparıcı ölkələri sırasında tanınır. Bu ölkəmizin idman inkişaf səviyyəsində də özünü göstərir. Gözəl qələbə sədalarımız beynəlxalq tribunalardan dünyaya səs salır.
Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan onun layiqli davamçısı ‒Prezidentimiz cənab İlham Əliyevin sayəsində daha da çiçəklənir. 1997- ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında fəal iştirakı ilə böyük bir idman potensialına malik olduğunu nümayiş etdirdi. 2000-ci il Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması, uğurlarımızın artması və yeni uğurlara yol açmasına bir sübutdur.
Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin bir çox sahələrində olduğu kimi idman sahəsində də davam etdirdiyi inkişaf strategiyası özünü uğurlu addımlarda təsdiqləyir. Cənab İlham Əliyevin tşəbbüskarlığı ilə ölkəmizdə müasir avadanlıqlarla təmin olunmuş yeni Olimpiya kompleksləri tikilib istifadyə verilib. Bu da idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmasında xüsusi rol oynamışdır.
Bir neçə gün öncə başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. İdmançılarımız ölkəmizi qürürla təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə etmişlər. Bu uğurla dünyanın ən güclü 30 ölkəsi arasında yer almışıq. Prezidentimiz cənab İlham Əliyev idmançılarla görüşündə bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib.
Cənab ölkə başçımız İlham Əliyevin gənclərə göstərdiyi dəstək və diqqət Azərbaycan qalibləri yetişdirilməsində müstəsna rol oynamışdır. Məhz buna görə də Azərbaycan bu gün dünyada Qələbə diyarı kimi tanınır.
Azərbaycan inkişaf edərək güclü bir idman dövlətinə çevrilib. Ölkəmiz bir sıra dünya və Avropa yarışlarına ev sahibliyi etmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək milli bayrağımızı himnizmin sədaları ilə zirvələrdə dalğalandırmışlar. Biz güclü bir dövlətin qalib xalqıyıq!

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Surətova


Oxşar xəbərlər