21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır

21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır

Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu olublar, taekvondoçu Qaşim Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb. Olimpiya oyunlarının bağlanış mərasimindən sonra idmançılarımız vətənə qayıdıb.İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev Paris-2024 Yay Olimpiya Oyunlarında fərqlənib.Həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib. O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib. Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub. Parisdəki XXXIII Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, Olimpiya çempionları və mükafatçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər .İdmançılarımız daha sonra Şəhidlər Xiyabanını və Vətən Müharibəsi zamanı şəhid olmuş həmyerlilərimizin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyublar.Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.Görüş zamanı dövlətimizin başçısı İlham Əliyev çıxış edərək bildirib ki:“İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər.”
21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır. Prezident İlham Əliyev həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların sayının çox olacağına əminliyini bildirərək vurğuladı ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər