
Tehranın Fələstin meydanına toplaşan qəzəbli kütlə İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlamiyə səslənərək: “Salami, Qolanı İrandan raketlərlə vur”, “İnqilab Keşikçiləri, raketlərə raketlə cavab ver” şüarları səsləndiriblər.
Nümayişdə İranın dəstəklədiyi Suriya, Hizbullah və Fələstində fəaliyyət göstərən Fatimiyyun briqadalarının bayraqları da dalğalanıb. Aksiyada "İsrailə, ABŞ-yə ölüm!” , “Qisas, intiqam!”, “İsrail, mən sənin düşməninəm” kimi plakatlar nümayiş etdirilib.
Qeyd edək ki, İranın "Tasnim" xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Zahidinin İsrailin İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.
Bildirilir ki, Zahidi vaxtilə İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin Suriya və Livan zabiti olub.
Dəməşqdəki konsulluğa hücumda həlak olanlar arasında daha bir general və beş zabit olub.