
11 əsgər Almaniya və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə köçürülüb. Bu barədə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı məlumat yayıb. İran bu hücumdan sonra “80 ABŞ öldürüldü” ifadəsini işlədib. Ancaq Pentaqondan heç bir əsgərin ölmədiyi, 11 hərbiçinin beyin sarsıntısı keçirdiyini deyib.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi. /Cebhe.info/