İranda gərginlik artır — Xalq küçələrə axışdı

İranda gərginlik artır — Xalq küçələrə axışdı İranda iqtisadi tələblərlə başlayan və hökumət əleyhinə etirazlara çevrilən nümayişlər davam edir.
Etiraz dalğası İranın bütün şəhərlərinə yayılıb. Rəşd, Məşhəd, Kirmanşah, İsfəhan və Həmədanda xalq küçələrə axışıb. Məşhəd şəhərində 52 nəfər saxlanılıb. Paytaxt Tehranda da saxlanılanlar var.

Məşhəd İnqilab Şurasının rəhbəri Hüseyn Heydəri bildirir ki, sərt şüarların səsləndirilməsi nümayişçilərin saxlanılmasına səbəb olub. İran prezidentinin birinci müavini İshak Cihangir isə "ölkədəki bəzi hadisələr iqtisadi problemlərdən yaranıb. Amma anlaşıldığı kimi arxasında başqa şeylər də var"-deyib.
Nümayişlərə səbəb infilyasiyanın yüksəlməsi, işsizlik və korrupsiyadır. Nümayişlərdə prezident Ruhani və hökumət əleyhinə şüarlar səsləndirilir. Hökumətin Suriya və İraq da daxil olmaqla xarici siyasəti tənqid edilib.

Oxşar xəbərlər