Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssisdir

Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssisdir Zəfər yollarında İlham Əliyev imzası. İlham Əliyev Zəfər Komandanıdır, qüdrətli Liderdir. Ancaq həm də hərbdən siyasətə, iqtisadiyyatdan mədəniyyətə bütün sahələrdə mənəvi rəmzlərə, psixoloji məqamlara böyük önəm verən, həm də onu yaradan dahidir...

Son dövrlər respublikanın cənub bölgəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət alması, bölgənin rayonlarında yolların vəziyyətində də öz əksini tapır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin kollektivi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Bu gün ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrdən biri də Lənkəran rayonunda Raqub Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-dir.

Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssisdir


“7 saylı Magistral-Yol İstismarı” MMC-nin rəhbəri Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssis olmaqla yanaşı, həm də öz işinin əsil vurğunudur.

Tam səmimiyyətlə demək istəyirik ki, “7 saylı Magistral-Yol İstismarı” MMC-nin rəhbəri Raqub Həsənovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Raqub Həsənovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Saleh Məmmədovun “adamı” kimi tanınan Raqub Həsənovun qanunsuz əməlləri..başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

“7 saylı Magistral-Yol İstismarı” MMC-nin rəhbəri Raqub Həsənov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Raqub Həsənovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Raqub Həsənov təcrübəli və peşəkar mütəxəssisdir

Raqub Həsənov gördüyü hər işdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Raqub Həsənov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Azərbaycanın inkişafında böyük rolu olan yol tikintisi çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Yola qoyulan bu investisiyalar öz iqtisadi səmərəsini, bəlkə, 5 ildən, 10 ildən sonra verəcəkdir. Amma Azərbaycan dövləti üçün əsas hədəf odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın.

Bu gün də avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr uğurla həyata keçirilməkdədir.

Oxşar xəbərlər