İbrahim Cəfərov: Bu yol Böyük Heydər Əliyev yoludur

İbrahim Cəfərov: Bu yol Böyük Heydər Əliyev yoludur Tam səmimiyyətlə demək istəyirik ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, İbrahim Cəfərovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək İbrahim Cəfərovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

İbrahim Cəfərov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, İbrahim Cəfərov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

MASALLIDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
İbrahim Cəfərov: Bu yol Böyük Heydər Əliyev yoludur
İbrahim Cəfərov: Bu yol Böyük Heydər Əliyev yoludur

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov çıxışında bildirib ki, ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxış edərək bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından bölgələrdə keçirilən bu tədbirlərin fermerlər, eyni zamanda sahibkarlar üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub.

Festival çərçivəsində keçirilən növbəti kredit yarmarkasında fermerlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məlumat verilib. Fermerlərin aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və digər məsələlərlə bağlı sualları cavablandırılıb.

Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi, Aqrar Sığorta Fondu və özəl şirkət tərəfindən sahənin prioritet istiqamətləri üzrə fermerlərə təlimlər keçirilib.


Oxşar xəbərlər