Görməyə göz hamıda var - Yetər ki, yaxşını yaxşı görməyə istək olsun

Görməyə göz hamıda var - Yetər ki, yaxşını yaxşı görməyə istək olsun Tam səmimiyyətlə demək istəyirik ki, Hacı Ramazan Zeynalovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Hacı Ramazan Zeynalovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Mübaliğəsiz demək olar ki, Hacı Ramazan Zeynalov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev
yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Hacı Ramazan Zeynalov - Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətdə olan qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

1992-ci ildə hakimiyyətdə olan qüvvələrin bacarıqsızlığı və naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Görməyə göz hamıda var - Yetər ki, yaxşını yaxşı görməyə istək olsun


Güclü və xarizmatik lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qəytiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.

Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin institusional sütunlarından olan siyasi sistemin təşəkkül tapması baxımından da əlamətdar idi. Çünki o zamana qədər Azərbaycanda sivil siyasi münasibətlərdən - siyasi qüvvələr arasında inkişafa xidmət edən sağlam rəqabətdən, milli məsələlərə rasional və konstruktiv yanaşmadan söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyası məhz bu ictimai-siyasi ənənələri yaratdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu.

Bütün bu proseslərdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz siyasi lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək xalqın müqəddəs amal ətrafında səfərbər olunmasına öz töhfəsini vermişdir.

Müdrik xalqımız ötən illər ərzində partiyanın həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləməklə bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərini həyata keçirən siyasi qüvvədir. Bunu 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin nəticələri bir daha təsdiqlədi. Seçkilərdə mütəşəkkil surətdə iştirak edən xalqın mütləq əksəriyyəti öz səsini yenidən YAP-ın sədri cənab İlham Əliyevə verməklə partiyaya və onun liderinə olan inamını, sevgisini bir daha göstərdi.

Oxşar xəbərlər