Saleh Məmmədov Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır

Saleh Məmmədov Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır Tam səmimiyyətlə demək istəyirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Saleh Məmmədovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Saleh Məmmədovda bu villalar HARDANDIR? -SİYAHI..başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Saleh Məmmədovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Saleh Məmmədov çalışdığı bütün işlərdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov - Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu xəttin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi milli köklərə söykənən ənənələrmizin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də təqdirəlayiqdir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı əsas istiqamətlərdən biri olub. Novruzun qədim köklərə malik olduğunu bəyan edən Ümummilli Lider Heydər Əliyev imperiyanın sərt qadağalarına baxmayaraq bu bayramın respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı.

Artıq dörd ildir bayramlarımızı, əlamətdar tarixi gunləri Zəfər ovqatında qeyd edirik. Novruz tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik. Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda, Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi qürurlandırır.

Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev irsi və Prezident İlham Əliyev missiyası şərəflə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bütün yüksək nailiyyətlər Lider-Xalq birliyinin nəticəsi olaraq qazanılan daxili gücün hesabına əldə olunub və ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Aparılan genişmiqyaslı islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. İqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.
Saleh Məmmədov Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır


Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirməsi, parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verərək söylədiyi fikirlər, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı apardığı təhlillər Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının parlamentdə çıxışı zamanı qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması xüsusilə təqdirəlayiqdir. Ölkə Prezidentinin yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söyləməsi parlament üçün yeni vəzifə, yeni səlahiyyət oldu və bu da qanunvericiliyin icrasına və vətəndaş məmnunluğuna hədəflənmişdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərir. Azərbaycan Parlamenti konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir.

Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq parlamentin sədri qadın seçilmişdir. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşmışdır. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.

Bu bir həqiqətdir ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.

Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün özünəməxsus tələbləri var. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm tələblərindən biri oldu. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır.
Saleh Məmmədov Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır


Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xocalıda, Xankəndində dalğalanır. Qədirbilən xalqımız Heydər Əliyev irsinin və Prezident İlham Əliyev missiyasının şərəflə davam etdirilməsinin xöş təəssüratları və uğurlu nəticələri ilə yaşayır.

Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız əmindir ki, yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərən Milli Məclis işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur və bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqda davam edəcək.
Saleh Məmmədov Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır

Oxşar xəbərlər