
Vəli Zairov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Vəli Zairov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Vəli Zairov - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yeni ideologiyanın tələbi kimi müxtəlif partiyalar yaranmağa başladı. Onların hamısı dövlətçiliyin partiyası ola bilmədi. Qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası (YAP) dövlətə və dövlətçiliyə sədaqəti ilə, azərbaycançılığı yaşatma məramı və missiyası ilə, milli-mənəvi dəyərlərimizin cəfakeşi olduğuna görə cəmiyyətin çox böyük əksəriyyətinin ehtiramını qazana bildi. Yeni Azərbaycan Partiyası davamlı islahatları ilə də vətəndaşların siyasi düşüncələrində öz yerini tapa bildi. Bu partiya siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətləri dəstəkləyir, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə müsbət təsir etməkdədir. Bu kimi fikirlər haqqında da partiyanın 2021-ci il mart ayının 5-də keçirilmiş VII qurultayında da ətraflı danışılmışdı. Bunlar hər bir partiya üzvünün qürurunu ifadə etmişdi.

YAP XXI əsrin partiyasıdır. İntellekt dövrünün partiyası kimi partiya üzvlərinin fərdi inkişafını təşkil edir, fərdlərin məfkurəvi vəhdətinə nail olur ki, bununla da hakim partiya kimi cəmiyyətin ideoloji baxımdan formalaşmasını təmin edir. YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyəti, yoldaşlığı, qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı nəinki dəstəkləyir, həm də onun bilavasitə təbliğatçısı və təşkilatçısıdır. Qurultayda o da bildirildi ki, sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.
Deyildiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin mühafizəsi və geniş tətbiqinin dəstəklənməsidir.
Elmi müddəaların tətbiqi olmadan cəmiyyət inkişaf edə bilməz. Bu tezis siyasi atmosferə də aiddir. Siyasi partiya fəaliyyətini elmi müddəalar əsasında qurmasa uzunömürlü ola bilməz, cəmiyyətin etimadını qazana bilməz. YAP birmənalı şəkildə cəmiyyətdə hakim partiyadır. Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir.
Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi qurultay oldu. Nəinki Azərbaycanın, Cənubi Qafqazın da ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq və daha böyük uğurlaq qazanacaqdır.