Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı

Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı
21 dekabr 2023 cü ildə Xankəndi stadionunda azərbaycanlı azərkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun 8 də 1 final mərhələsində Ağdamın “Qarabağ”və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.Xankəndi stationunda İlham Əliyev çıxış edib və Qarabağın azad edilməsi barədə də məlumat verib.
Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.
Qələbəmizin müəllifi olan prezident İlham Əliyevin erməni işğalçılığına qarşı mübarizəsi respublikamıza rəhbərliyinin ilk günündən başlamışdı. “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyə İlham Əliyev hələ Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə andiçmə mərasimində bildirmişdi.
Bu illər ərzində prezident İlham Əliyev danışıqlar prosesində və bütün beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Nəticədə 17 ildə Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşasına nail olundu, diplomatik sferada üstünlük əldə edildi. Ötən müddətdə İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini qətiyyətlə bütün dünyaya çatdırdı.
Cənab Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü işlərin məqsədi də aydın idi. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, Azərbaycan əsgərinin döyüş imkanlarının ən müasir səviyyəyə çatdırılması, yalnız bir amala - torpaqlarımızın azad olunmasına xidmət edirdi. Prezident çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edirdi ki, danışıqlar prosesi nəticəsiz qalarsa, işğal altında olan torpaqlarımız güc yolu ilə azad olunacaq.
2017-ci il iyunun 14-də Cocuq Mərcanlıda olarkən Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağının dalğalanacağını qeyd edən Prezident “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq” deyə bildirmişdi.
Beləliklə, Vətən müharibəsi Dağlıq Qarabağ məsələsi ilə bağlı Prezident İlham Əliyevin qətiyyətinin, siyasi uzaqgörənliyinin, verdiyi vədlərin təntənəsi və təcəssümü oldu
Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Bütövlükdə Vətən müharibəsinin özü ilə yanaşı, hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi ayrıca qəhrəmanlıq səhifəsidir. Bu səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu yazdı. Onların arasında Şuşanın azad edilməsinin xüsusi yeri var.
Prezident İlham Əliyev müharibə günlərində - oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı jurnalistin sualını cavablandırarkən “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. İlham Əliyev bu cavabla mütləq Şuşanın işğaldan azad olunacağını xalqa çatdırmışdı. Qarabağı Şuşasız təsəvvür etmək mümkün deyil. Şuşa tək milli mədəniyyətimizin deyil, həm də milli qürurumuzun məbədidir və şanlı Azərbaycan Ordusu onu mütləq işğaldan azad etməliydi. Ona görə ordumuz şəhər və kəndlərimizi azad etdikcə nəzərlər Şuşaya yönəlmişdi, hər bir azərbaycanlı doğma şəhərimizin işğaldan azad olunması müjdəsini səbirsizliklə gözləyirdi.
Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad olunması müjdəsini xalqımıza çatdırması Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı. Şuşanın azad olunduğu gün tariximizə Zəfər Günü kimi həkk olundu. Qəhrəman əsgərlərimizin Şuşanı azad etməsi həm də Vətən müharibəsinin ən unikal hərbi əməliyyatı kimi tarixə düşdü. “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub” deyə İlham Əliyev bildirib.
8 noyabr 2023-cü ildə Şuşa şəhərinin işğaldan azad olunması ilə düşmən həm siyasi meydanda, həmdə döyüş meydanında ağır məğlubiyyətə uğradı.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər