
Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı .Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı “Şuşa” şəhərinin azad edilməsi oldu. Cənab Prezidentimiz ,Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi, Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu.Noyabrın 9-da cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla ,70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi.Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxarılmasının tarixini verdi.
Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər ,4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycanın Vətən Mühairbəsi –İkinci Qarabağ Müharibəsində ,xüsusən Şuşa əməliyyatı, hərb tariximizin ən parlaq səhifəsidir.Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda bir ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Cənab prezidentimiz İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri isitifadəyə verilir, yeniliklərin təməli qoyulur. Azərbaycan xalqı “Zəfər Günü”nü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib.Artıq Qarabağın yaraları sağaldılır və bu yerlərə həyat qayıtmağa başlayır.
“Qarabağ Bizimdir. Qarabağ Azərbaycandır”!
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
müəllimi Əfsanə Həsənova