
27 sentyabr 2020- ci il. Bu tarix xalqımızın daimi xatırlayacağı sıradan bir təqvim günü olmayacaq.Bu tarix özümüzün-özümüzə inamının qayıdışı idi. Bu təqvim xaiqın 30 il gözlədiyi gün idi. Düşünürəm ki, dünyada çox az xalq olar ki, müharibənin başlamasına bizim qədər sevinsin.Qəhrəman, sədaqətli, etibarlı, vətənpərvər, mübariz Azərbaycan xalqı ayağa qalxdı. Ölümün gözünə dik baxaraq sevinə-sevinə igid oğul və qızlarımız cəbhəyə getdilər.Hər kəs evində bir əsgər oldu. Hər kəs əlindən gələn köməyi Vətən üçün etdi. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bu mübarizliyi bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı
Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.
Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəri və Azərbaycan xalqıdır.
Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bu gün də xalqımız inamla öz prezidentinin ətrafında yumruq kimi birləşib və dövlətimizin bu günü və sabahı üçun çalışır.
72№-li məktəb-liseyin direktoru: Abbasova Fərqanə