Kamran Məmmədov: Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir

Kamran Məmmədov: Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov - “Son 20 ilə yaxın dövrün iqtisadi uğurlarına diqqət yetirdikdə dayanıqlı inkişafın təmin edilməsində regionların payının ildən-ilə artdığını böyük əminliklə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!”, həmçinin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları artıq reallıqdır. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına stimul oldu. Artıq cari ildə sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənən zaman 2004-2018-ci illərdə üç sənədin icra olunması nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək regionların inkişafının qarşıdakı dövrdə də inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Dördüncü Dövlət proqramının icra olunduğu 2019-2023-cü illərə nəzər salsaq görərik ki, bu mərhələ dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması və son iki ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir. Ölkəmizdə iqtisadi islahatlar daha da dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. Təbii ki, bu, ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasına, iqtisadi müstəqilliyin təmin edilməsi ilə siyasi mövqeyimizin möhkəmlənməsinə əsaslanır.”
Kamran Məmmədov: Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addım oldu: “Azərbaycan bu gün neft strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir. Neft-qaz gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir. Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir.”

Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibi və mahiyyəti ümumilikdə regionlarımızın inkişaf mənzərəsini nümayiş etdirir: “Bu səfər dövlətimizin başçısının 2021-ci ildə təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına doğru atılan addımların tərkib hissəsidir. Milli Prioritetlər işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla bütün bölgələrimizin gələcək inkişafı üçün yol xəritəsidir. Digər Dövlət proqramlarında olduğu kimi, Milli Prioritetlərdə də uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm vəzifə kimi qeyd edilir. Son 20 ilə yaxın dövrdə bölgələrdə inkişafın paytaxtla tarazlaşdırılması üçün zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bir daha vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.”
Kamran Məmmədov: Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir

Kamran Məmmədov böyük qürur hissi ilə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə və soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışına yönəldib: “Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinə, Laçın şəhərinə qayıdışın davamı olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə, avqustun 7-də isə Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Mərhələli şəkildə həyata keçirilən bu qayıdış həm ölkəmizin iqtisadi inkişafının, həm də xalqımızın qurucu xalq olduğunun, ən əsası bu torpaqların sahibinin biz olduğumuzun dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda müasir tələblərə uyğun şərait yaradılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir.”

Oxşar xəbərlər