
Son illərdə ölkəmizdə iqtisadi sabitliyin əldə edilməsi üçün sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələdir. Hökümət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafını əsas vəzifə kimi qarşısına qoymuşdur. Ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına yönəlmişdir. Araşdırmalar göstərir ki, bu sahədə atılan addımlar uğurla nəticələnir. Çünki qeyri-neft sektorlarında ildən-ilə artım müşahidə edilir.
Son zamanlar Azərbaycan dünyada iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələr arasındadır. Uğurlu siyasətin nəticəsində ölkəmizin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, qeyri-neft sektoru dinamik şəkildə inkişaf etmişdir. Strateji
valyuta ehtiyatlarımızdan səmərəli istifadə olunması, yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəlməsi, bir sözlə ölkəmizin hərtərəfli inkişafı göz qabağındadır.
Bu gün torpaqlarımız işğaldan azad edilmişdir. Bu da o deməkdir ki, dövlətimizin atacağı düzgün addımlar sayəsində 30 il ərzində minalanmış, bərbad hala salınmış torpaqlarımız tamamilə bərpa olunacaq və kənd təsərrüfatı və digər qeyri-neft sektorları üçün əlverişli hala salınacaq. Beləliklə, iqtisadiyyatımız daha da güclənəcək. Güclü bir iqtisadiyyat güclü dövlət, güclü dövlət isə güclü xalq deməkdir.
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva