Dünyanının aparıcı ölkəsinin televiziya kanalında Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət kəsb edir

Dünyanının aparıcı ölkəsinin televiziya kanalında Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib. Dövlət başçısı Davosda ilk müsahibəsini Çinin CGTN (China Global Television Network) televiziya kanalına verib. Dünyanının aparıcı ölkəsinin televiziya kanalında Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanın ortasında yerləşən bir ölkə olan Azərbaycanın bu gün həyata keçirdiyi siyasət dünyanın aparıcı ölkələrinin də diqqət mərkəzindədir. Məhz Azərbaycanın istəyi ilə reallaşan bir çox layihələr bu gün qlobal bazar üçün xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər Azərbaycanın dəstəklədiyi layihələrə maliyə vəsaiti ayırmaq istəməyən beynəlxalq maliyə mərkəzləri ində hər bir təşəbbüsümüzə anındaca cavab verirlər. Biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını-Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.
Bütün bunların kökündə Azərbaycan Prezidentinin düşünülmüş siyasəti dayanır. Sadəcə bu gün yox həmdə sabah sonrakı günlər, gələcək nəzərə alınaraq qərarlar qəbul edilir. Bütün bunları etmək üçün təbii ki, həmin ölkə heç kimdən asılı olmamalıdır. Həm daxili həmdə xarici siyasətini müstəqil şəkildə həyata keçirməlidir. Kanadanın baş naziri Castin Trüdoya "səninlə elədiyim söhbətlər səhərisi gün mətbuatda yayılır "deyən Çin lideri, Azərbaycan prezidentini ölkəsinin böyük dostu adlandırıb. Heç şübhəsiz dövlət başçıları arasında olan etimad mühiti təbii ki, gələcək əməkdaşlığa də öz tövhəsini verir.
Azərbaycan lideri müsahibəsində bildirib ki, 2 ölkə arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bununla yanaşı Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Bakının yaxınlığında yerləşən ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsinin icra olunduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.
Bəli, bu imkanlar hər keçən gün daha da genişlənir. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu inşa edildi. Dövlət başçısı vurğuladı ki, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi.Avtomagistrallar və hava limanları kimi layihələrdə həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artıb.
Dövlət başçısı həmçinin Azərbaycanın Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etmək niyyətində olduğunu deyib. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, 20 illik prezidentliyi dövründə söylədiyi hər bir sözə görə məsuliyyət daşıyıb. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət-deyə Prezident Davosda bildirib.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova


Oxşar xəbərlər