
Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. K.Qafarovun sözlərinə görə, bu formatın Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır.
zərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Digər tərəfdən də bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Həm də ixracın həcmi getdikcə artır. Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ölkə ixrac üçün daha çox qaza qənaət edə bilər. Bu məqsədlə Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram böyük əhəmiyyət kəsb edir. Artıq təsdiq olunub ki, Xəzər dənizinin texniki potensialı ilkin göstəricilərə əsasən 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan potensial enerji resurslarına malik bir ölkə və etibarlı tərəfdaşdır.
Mikayılova Nərgiz, 72 saylı tam orta məktəbin tarix müəllimi