Tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıdacağıq

Tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıdacağıq Azərbaycan Prezidenti İlham Əliyevin öz ad günün xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb. Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunana tədbirlərdə keçirilirdisə tarixi zəfərimizdən sonra bu problem artıq aradan qaldırıldı.
Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Dekabr ayının 24 də Müzəffər Ali Baş komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakteril olmaqla əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. Bu kontekstə prezident İlham Əliyev ilk növbədə haqlı tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən ğncə tarixi yaddaşımızla əlaqələndirdi. Doğurdan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəsilə ötürülməsi birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı.
Prezidentin qeyd etdiyi kimi bu gün Zəngialan, Ağalıya o tormaqlarımızı görməmiş yeni nəsilin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də əgər illər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayaıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çeviriləcək. Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var.
Namiq Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər