Kəlbəcər rayonunun bərpası mühüm əhəmiyyət kəsb edir

Kəlbəcər rayonunun bərpası mühüm əhəmiyyət kəsb edir
Azərbaycanın inamlı tarixi Qələbəsi, Ermənistanın rüsvayçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində öz yerini aldı. Azərbaycan artıq işğaldan azad olunan torpaqlarda abadlıq-qurucuqluq, viran qoyulmuş ərazilərin yenidən qurulması, kəsilmiş, yandırılmış nadir meşə zolaqlarının dirçəldilməsi, tarixi ata-baba yurdlarımızda xalqımızın mədəni, dini irsinin bərpası işlərinə start verib. Cənab Prezidentin bu torpaqlara səfəri əlbəttə ki, bu ərazilərin yaxın vaxtlarda dirçələcəyindən, yeni görünüş qazanacağından xəbər verir.
İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib. Bu da əsas vəzifələrdən biridir. Bu gün keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti vardır və cəmi altı ay ərzində bu yarımstansiya istifadəyə verilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi aparılır. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaqdır.
Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Əldə edilmiş tarixi Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.

Vüqar Muradov-YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi


Oxşar xəbərlər