Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyətə malik mühüm hadisədir

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyətə malik mühüm hadisədir
Bildiyimiz kimi, cari il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşmüşdür. Görüşün leytmotivini Böyük qayıdış uğrunda aparılan mübarizənin daha da intensivləşməsi təşkil edirdi.
Görüşdə ilk öncə Qərbi Azərbaycan İcması barədə məlumat verildi. Bildirildi ki, Qərbi Azərbaycan İcması1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il, 2022-ci ilin avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilmişdir.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. Soydaşlarımız dəfələrlə yurd yuvalarından didərgin salınmışlar.
Prezident qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır. Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyətə malik mühüm hadisədir. Bu görüş həm də ona görə əhəmiyyətlidir ki, bu görüşlə soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı yeni dövrün başlandığı elan edildi. 100 minlərlə azərbaycanlının tapdalanmış hüquqlarının bərpası istiqmətində bundan sonra daha ciddi addımlar atılacaqdır. Beləliklə, Zəngəzurda başlanmış münaqişəyə Zəngəzurda son qoyulacaq. Qarabağımızı, Şərqi Zəngəzərumuzu, Şuşamızı xalqımıza qaytaran, xalqımıza qürur, dövlətimizə başucalığı gətirən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə vaxt gələcək dədə-baba torpaqlarımız mənfur düşməndən azad olunacaq, Qərbi azərbaycanlılar yaxın gələcəkdə öz tarixi yurdlarına qayıdacaqlar.


Balaxanı qəsəbəsi, 259 saylı tam orta məktəbin
tarix müəllimi Nərmin Qənbərova


Oxşar xəbərlər